Bu işıq yandıqda bir çox sürücülər təşvişə düşürlər, bu işıq qorxulu bir işıq deyil,
Bu işıq yandıqda Servis mənasını bildirir, yəni ki TB, Texniki Baxış vaxtının çatdığını bildirir.
Daha ətraflı.
Bu işıq yandıqda siz avtoservisə getməlisiz və,
Yagı,Yanacaq süzgəcini,Hava süzgəclərini, əyləc yastiqciqlarını, və.s dəyişməli və ya usta nəzarətindən keçirməlisiz.
İndi bu işığın nə olduğunu axtarıb bu mövzunu oxuyan sürücü deyecek ki, axı yagı, əyləc yastiqciqlarını, yanacaq süzgəcini yeni dəyişmişəm, nə tez vat bitdi,
Bu hec də belə deyil.
Biz yuxarıda yazılanları dəyışəndə, bu işığı yanmasada yeniləməyi tələb etmirik,
Biz Servisdə bu işləri gördürəndə bizə bilka yazıb verirlər ki bu bilkaya baxıb bu işlərin vatı çatanda servisə müraciət edək.
Amma əslində bu belə olmamalıdı, bir çox avtomobillərdə, bu funksiya mövcuddur ki, yalnız bu işığın göstərişi ilə bu ışləri gördürək.
Çox təəsüf ki, bu bizdə 50% alınan bir işdir, ona görə ki bir çox ustalar yuxarıda yazılan ışləri görə bilirlər amma servis işığını yeniləyə bilmirlər.
İndi gəlın görək. bu işıq yananda necə söndürmək olar?
Toyota lexus rx350 avtomobilində MAİNT REQD işığı yananda siz bunu özünüz də söndürə bilərsiz.
1 .Avtomobilə oturub qapıları örtürsüz
2. Zamoku ikinci mövqeyə fırlayırsız (loru dildə desək yənı zajiqaniyanı açırsız)
3. TRİP düyməsini basaraq priborda probeq yazılan yazıya gətirirsiz.
4. TRİP düyməsindən əlinizi çəkib zajiqaniyanı 0-ra gətirirsiz yəni tam axıra.
5. Yenidə TRİP düyməsini sıxıb saxlayaraq zajiqaniyanı yenidən açırsız və gözləyirsiz.
Görəcəksiz ki priborda belə xətlər əmələ gəldi _ _ _ _ _ _ _ _ _
və getdikcə azalacaq, xətlər tam qurtarandan sonra MAİNT REQD işığı sönəcək.
Artıq düyməni buraxa bilərsiz.
Bunu da yaddan çıxarmayın ki, TOYOTA avtomobillərində ODO/TRİP düyməsi fərqlı yerlərdə ola bilər.
Sənə kömək etdiksə sağ ol deməyi unutma.
Siz Sürürsüz ! Biz Düzəldirik!