Siz Sürürsüz! Biz Düzəldirik
    5.0
    5W30,10w30,10w40,5w40 kimi yağların fərqi?
    Mühərrik yağlarının fərqi və izahı . 5w30, 10w30, 5w30, 5w40 və.s yağların fərqi. Bu günkü mövzumuz avtomobil yagları haqqdadır. Bu mövzunu bir oxuyucumuzun istəyi ilə yazıram. Avtomobil yağları bir neçə növlərə bölünür, biz bu gün mühərrik yağları haqda açıqlama aparacıq. Bəzən sürücülər mühərrik yağı seçimi qarşısında qalırlar, bu o qədər də çətin deyil, bu statusu axıra kimi oxusaz və statusa aid olan fotolara baxsaz, onda görərsiz ki, heç bir çətinlik yoxdur. Bu açıqlamadan sonra, sizin kimnənsədə nə yağı töküm soruşmağa ehtiyacınız qalmayacaq. Mövzu bir az uzun olduğuna görə təmkinli olun və, bir fincan cay süzüb səbrlə oxuyun. Bəzi avtomobillər üçün mühərrik yağı keyfiyyəti çox vacibdir, bu avtomobillər yüksək sürətli avtomobillərdir, belə avtomobillərin istehsalçısı öz xüsusi yağını təklif edir, və bu yağların kod adları var, bunun üçün xüsusi proqramlar da var ki, bütün avtomobillərin markasına və mühərrikinə görə yagların markası və dərəcəsi göstərilir. Məsəlçün (Mersedes Benz w221 S-Class 6.0 S65 AMG) üçün 2006 dan 2012 ci ilə qədər bu markalı yağ tövsiyə olunub. (-25 dərəcə SAE 0w30, SAE 0w40 MB 229.3/229.5 və ya SAE 5w30) , (-20 dərəcə SAE 5w40, MB 229.3 ), (-10 dərəcə SAE 10w40, MB 229.3 ) MB 229.3 Medsedes dillerin tövsüyə etdiyi yağdır, bu yağ baha olduğundan bunu Gastrol yağı ilə əvəz etmək olar ya da keyfiyyətcə tanınan bir yağla. Bəzən sürücülər buna məhəl qoymayaraq, büdcəmə görə deyil deyib ucuz yağlar tökürlər, bu da mühərrikin tez sıradan çıxmasına gətirib çıxardır, Deyək ki, sizin avtomobilinizin mühərrikinə nəzərdə tutulmuş yağ 150 AZN edir, və siz bahadır deyib 80 AZN olan yag alırsız, 70 AZN qənaət edirsiz, bu qənaət müvəqqətidir, çünki siz bu yağı 3-4 dəfə istifadə edəndən sonra, sizin avtomobilin mühərrikində yağlama prossesi zəifləyəcək və, dirsəkli val və qazpaylayacı valda cızlar əmələ gələcək, bu isə tədricən mühərrikdə səslərin çoxakmağına və hətta dayanmasına səbəb olacaq. Gəlin indi müqayısə edək, deyək ki, siz 3 yag dəyişmədə cibinizə 210 AZN qənaət etdiz. Amma mühərrikin yıgılması hissələri ilə birlikdə 500 AZN dan 3000 AZN qədər çıxa bilər, indi özünüz yaxşı fikirləşin hansı qənaətlidir? Kecək 5w30, 5w40 və.s işarələrin fərqinə, Mühərrik yagları göstriləndə "SAE" İşarəsi ilə göstərilir, "SAE" heç bir markanı və keyfiyyəti gorsətmir. "SAE" sadəcə olaraq bir standartdır. ("SAE" Society of Automobile Engineers) tərcümədə ("SAE" Avtomobil Mühəndisləri Cəmiyyəti) deməkdir. "SAE" J300 1999 cu ildə axırıncı dəfə Dekabr ayında təstiqlənib. Bəzən yagları Qış və Yay üçün adlandırırlar. Bu leksika ən çox soyuq olan ölkələrdə istifadə olunur, haqlarıda var. Mən 16 il Russiyada ışləmışəm əyər orada qış mövsümündə mühərrikə 15W40 ya 10w40 yağ töksələr, sürücü avtomobili səhər tezdən yağın qatı olduğundan işə sala bilməyəcək, starter mühərriki çətinliklə devr etdirəcək. SAE xüsusiliyində yağlar 6 qış və 5 yay mövsümünə bölünür. Qış xüsusiliyini bildirən W hərfidir yəni "Winter" tərcümədə QIŞ deməkdir. Qış bölməsinə aid olanlar bunlardır (0w, 5w, 10w, 15w, 20w, 25w) yay bölməsinə aid olanlar isə bunlardır (SAE 20, 30, 40, 50, 60,) Azərbaycanda tempratur qışda maksimum (0 -20) yayda (+30,+38) dərəcə olmağını nəzərə alsaq fotoda göstərildiyi kimi bu iqlimə 0w40, 0w30, 5w30, 5w40 aiddir. Bəzən ustalar yağ dəyişərkən aşkarlayanda ki, avtomobilə 5w30 yağı tökülüb, və avtomobil artıq 150 000 km gedib, sürücüyə 10W40 yağı məsləhət görür. Bu hal bəzən sürücüdə şübhə doğurur ki, bu usta zəhif ustadı, axı istehsalçı 5w30 nəzərdə tutub nəyə görə 10w30 və ya 10w40 yağla əvəz edim? Ona görə ki, avtomobil 150 000km gedəndən sobra, siz ən keyfiyətli yağdan istifadə etsəzdə, istər istəməz mühərrikdə qorxusu olmayan yüngül aşınmalar olur, bu aşınma səbəbində dirsəkli val və dirsəkli valın qulaqciqları arasında məsafə böyüyür, belə halda mühərrikə bir az qatı yağ lazım olur ki, yağlama zamanı yağ təzyiqi həmin böyümüş məsafəd itməsin, Daha ətraflı. Məsəlçün siz yeni avtomobil almısız və istifadə etdiyiniz yağ 5w30 dur, sizin yeni avtomobildə mühərrikin dirskli valı və qulaqcığı arasaında məsafə 0,1 mm dir, və siz avtomobili artıq 150 000 km sürdüz, dirsəkli val və qulaqcığı arasınada məsafə böyüdü oldu 0,3 mm, bu halda yagı qatılaşdırmaq lazıçdır yəni ki, 10w40 yağı istifadə etmək lazımdır.
    578
    26.04.2024
    Şərhlərin sayı
    0
    Xəbərdarlıq!!!
    Yalnız Qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər!
    Qeydiyyatdan keç Sayta daxil ol
    Oxşar Xəbərlər: