0.0
Avtomobil yanacaq sərfiyyatını necə hesablayır?
Avtomobil yanacaq sərfiyyatını necə hesablayır? Sürücüləri mənə tez-tez verdiyi sualın cavabını, bu gün sizlərlə paylaşmaq istəyirəm. Bildiyimiz kimi, bir çox müasir avtomobillərdə kompyuter quraşdırılıb , hansı ki bu kompyuter köməkliyi ilə avtomobildə yaranan nasazlıq haqda və, avtomobil 100 kilometrə nə qədər yanacaq sərf etməyi haqda məlumat verir. Gəlin görək bu kompyuter, Avtomobilin 100 kilometrə nə qədər yanacaq sərf etməyini necə hesablayır! Muasir avtomobillər cürbəcür sistemlər üstündə qurulub, bu sistemlərə daxil olan ən sadə sistemdir ki yanacaq sərfiyatını hesablabaq üçün kifayətdir, bu sistem sadə injektor sistemidir, avtomobildə hansı hissələr olmalıdır ki, kompyuter o hissələrin köməkliyi ilə yanacaq sərfiyatını hesablasın.? bu hissələr bunlardır. 1.Yanacaq cənindəki yanacaq həcmi sensoru. 2.Sürətlər qutusundakı sürət sensoru. 3.Püskürdücülər (Forsunkalar) 4.Katalizatorun sensorları 5.Zaslonka sensoru. İndi isə gəlin bu yanacaq ölcə prosesinə canlı olaraq nəzər yetirək. Avtomobilin yanacaq cəninə, miqdarından aslı olmayaraq yanacaq doldurduqdan sonra, yanacaq həcm sensoru, cəndə olan yanacağın həcmini kompyuterə ötürür, mühərriki işə salandan sonra, püskürdücülər(Fordunkalar) milli saniyədə acılıb bağlanmağa başlayır. və püskürdücüdən cıxan yanacaq, porşenin başına ötürülür, ötürülən yanacaq yandıqdan sonra səs boğucuya tərəf gedir, səs boğucudan qabaqda yerləşmiş katalizator sensorları, yanacağın nə dərəcədə yandığını hesablayır, artıq avtomobil işə düşüb, siz avtomobilin akselatoruna basirsiz ki, mühərrikin sürəti artsın və avtomobil tərpənsin, bu anda zaslonka sensorunun dərəcəsi sıfırdan yuxarıya doğru qalxır, avtomobil tərpənməyə başlayır, sürətlər qutusundakı sürət sensoru, avtomobilin neçə km ilə getdiyini sayır,və bütün sensorlardan alınan informasiya kompyuterə ötürülür, kompyuter yanacaq cənindəki yanacağın həcmini bilir, avtomobil 100 km gedəndən sonra cəndə yanacaq həcmi azalır, kompyuter sürət sensorundan aldığı 100 km infosuyla yanacaq cənindəki həcmi uyğunlaşdırır və, orta məxrəcə gəlir ki sizin avtomobil yanacağı nə qədər yandırdı, və sizə ekran vasitəsi ilə məlumat verir, digər sensorların buradakı iş prinsipi bundan ibarətdir, əyər sizin avtomobilin yanacaq sərfiyatı magistiral yolda 100 km ya 7 litirdisə! şəhər arası 8-9 litirdisə! və sonralar bu sərfiyyat dəyişibsə! deməli avtomobilinizdə nasazlıq var, bu sensorlar sizə avtomobildə yanacaq sərfiyyatının coxaldıgını kompyuter vastəsi ilə necə xəbər verir? siz akselatora basanda, zaslonkadakı dərəcə dəyişir, və dəyişən siqnal kompyuterə ötürülür, kompyuter aldığı siqnal dərəcəsində püskürdücülərin işləmə saniyəsini tezləşdirir. püskürdücüdən çıxan yanacaq yanaraq katalizator sensorundan kecir, katalizator sensoru yanmiş qazın dərəcəsini ölçür və, yenidən kompyuterə siqnal verir, əyər yanmış yanacaq tam yanmayıbsa püskürdücülər dahada tez-tez işləməyə başlayır. beləliklə kompyuter yanacağın əvvəlkindən cox istifadə edildiyini görür və, sərfiyyat dərəcəsini dəyişir və yenidən orta məxrəcə gəlir, bu anda siz ekranda yanacaq sərfiyatının əvvəlkindən fərqli olduğunu görürsüz. və təcüblənirsiz ki, səbəb nədir.? Yanacaq sərfiyatının artmasına səbəb olan bunlardır. 1. Keyfiyyətsiz yanacaq 2. Şamların vaxtında dəyişilməməsi. 3. Püskürdücülərin (Forsunkalarin) vaxtında yuyulmaması 4. Yanacaq süzgəcinin vaxtında dəyişməməsi 5. Hava süzgəcinin (filtirin) dəyisməməsi 6. Şinlərin (təkərlərin) standarta uygun olmaması 7. Şinlərin havasının göstəricidən az olması. 8. Katalizatorun çirklənməsi 9. Zaslonkanın cirklənməsi 10. Hava sensorunun işləməməsi. və.s
Şərhlərin sayı
0
Xəbərdarlıq!!!
Yalnız Qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər!
Qeydiyyatdan keç
Sayta daxil ol
Oxşar Xəbərlər: