0.0
Katalizatorun sensoru nə iş görür, nəyə görədir, və nə qədər vacibdir?
Katalizatorun sensoru nə iş görür, nəyə görədir, və nə qədər vacibdir? Bu status sizlərin istəyi ilə ətraflı olaraq acıqlanacaq. Katalizatorun sensoru. (LAMBDA ZOND) katalizatorun sensoru bir necə cür olur, bir naqilli, iki naqilli, üc naqilli, 4 naqilli. Bunların hec də elə güclü fərqi yoxdur, demək olar ki, iş prinsipləri eynidi. Katalizator sensoru balaca olmagina baxmayaraq böyük iş prinsipinə malikdir. Bəzi avtomobillərdə 1 ədəd bəzilərində isə 2 ədəd katalizator sensoru olur, 1 və iki sensorlu avtomobillərin iş prinsip fərqini sizlərə izah edəcəm. Avtomobil işə düşərkən yanmış qaz səs bogucuya daxil olur, səs bogucuda ən birinci duran katalizatordur, katalizator yanmamış yanacağı yenidən yandırmaq ücün nəzərdə tutulubdur, katalizatorun icində olan süzgəc platin qarışığından ibarətdir, avtomobil işə düşdükdən 1 dəqiqə sonra katalizatorda, hərarət 200-400-800 dərəcəyə catır, bu istilik nəticəsində yanmamış yanacaq tam yanaraq havaya cıxır, beləliklə ekoloqiya bir azda qorunmuş olur. Katalizatorda yerləşmiş sensorlar katalizatordan kecən yanmış qazı nə dərəcədə olduğunu hesablayır və, informasiyanı beyinə ötürür. Indi isə gəlin ayrı ayrılıqda nəzər yetirək, Katalizatorda yerləmiç birinci sensor, mühərrikdən cıxan qazın normasını hesablayır, əyər qaz normaya uygun deyilsə tənzimləmə işi aparır, bu necə olur? əyər yanmış qaz həddindən azdırsa sensor azlıq siqnalını beyinə ötürür beyin isə, yanacağı artırır, əyər verilən komanda yerinə yetirilmədisə, yəni yanacaq azlığı aradan qalxmadısa, sensor beyinə səhv siqnalı göndərir,və beləliklə sizin avtomobilin priborunda injektorun işığı yanıb xəbərdarlıq edir, bu hal tam tərsinə də olur, katalizatora yanmış qaz nəm daxil olursa, yəni ki, yanacaq tam yanmamış, daxil olursa, yenədə sensor beyinə bol yanacaq sərfiyyatı siqnalı göndərir, beyin aldığı siqnala görə yanacaq sərfiyatını azaldır, əyər yanacaq sərfiyyatı azalmadısa! sensor beyinə səf siqnalı göndərir, İndi isə səbəblərini araşdıraq, yanacaq azlığı siqnalı o deməkdir ki, forsunkalar(injektor) lazımı təzyiqi ala bilmədi və, lazımı yanacağı yanma kamerasına ötürə bilmədi, yanacaq azlığına səbəb isə bir necədir, Yanacaq nasos setkalı süzgəci, yanacaq nasos süzgəci, yanacaq nasosu, forsunkaların cirklənməsi İndi isə yanacaq coxlugunun səbəbi, yanacaq coxlugu səbəbi bundan irəli gəlir ki, yanacaq şamları keyfiyyətsiz olur, forsunkalar cirklənir yanacagı püskürə bilmir, hava sensoru (Vozduxamer) düzgün işləmir, hava filtiri dolur lazımı hava düzgün getmir, və.s İkinci sensor isə katalizatorun cirkli olub olmamasını və, katalizatorun yanmış qazı nə qədər düzgün süzdüyünü , birdə birinci sensorun düzgün işləyib işləməməyini yoxlayır, Gəlin görək bu sensorlardan hansı isə sıradan cıxmış olsa sizin avtomobildə nələr baş verir,? Avtomobil yanacaq sərfiyatını coxaldır, Avtomobildə dinamika itir, güc zəifləyir,gec xodlanmalar baş verir, şamları qaraldır, və.s
Şərhlərin sayı
0
Xəbərdarlıq!!!
Yalnız Qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər!
Qeydiyyatdan keç
Sayta daxil ol
Oxşar Xəbərlər: